Parlamentin 65 faizi dəyişmədi... Bəs, onda bu seçki nəyə lazım idi?

Sizin brauzer HTML5-i dəstəkləmir

Özünü buraxmaq qərarı verən 125 deputatdan 99-u cəmi iki ay sonra, fervalın 9-da keçirilən parlament seçkisində yenidən namizədliyini verdi, 79-u rəsmən qalib elan olundu. Başqa sözlə, islahat zərurəti ilə keçirilən seçkidə deputatların 65 faizə yaxını dəyişmədi. Bəs, onda bu seçki nəyə lazım idi?