Aztəminatlılar icbari tibbi sığorta ödənişindən azad olunur

Foto: arxiv

“Dövlət aztəminatlı ailələrə, əlillərə, uşaqlara, tələbələrə sosial dəstək verəcək. Onlar icbari tibbi sığorta ödənişlərindən azad ediləcəklər”.

Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

Buna da bax: Daha bir vəd: Tibbi sığorta tətbiq olunacaq...

Turan-ın xəbərinə görə, Z.Əliyev ölkə başçısının fərmanına uyğun olaraq artıq Mingəçevir şəhərində və Yevlax rayonunda icbari tibbi sığortanın pilot qaydada tətbiqinə başlandığını bildirib.

“Aztəminatlı ailələr, əlillər, uşaqlar, tələbələr icbari tibbi sığorta ödənişlərindən azad edilərək dövlətin sosial dəstəyi ilə təmin olunacaqlar. Mövcud resurslardan səmərəli və şəffaf şəkildə istifadə icbari tibbi sığortanın əsas prinsipləridir. Məqsəd tibbi xidmətin keyfiyyətinin daha da stimullaşdırılması, ayrılan dövlət vəsaitinin daha ünvanlı və səmərəli istifadəsinin təmin edilməsidir".

Buna da bax: İcbari tibbi sığorta hansı xəstəliklərin müalicəsini pulsuz edəcək? - Canlı (30.11.2016)

Z.Əliyev bildirib ki, müvafiq araşdırmalar aparılaraq əhalinin tibbi xidmət ehtiyacları qiymətləndirilir, icbari tibbi sığortanın tətbiqi üçün baza xidmətlər zərfi hazırlanır.