Bakı-Sumqayıt marşrutu bahalaşdı

Bakı-Sumqayıt qatarı.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş tariflərində dəyişiklik edilib. Yeni, bahalaşmış tariflər martın 3-dən etibarən qüvvəyə minəcək.

Bu haqda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti xəbər verir.

Xəbərdə bildirilir ki, tariflərin dəyişdirilməsi xidmət xərclərinin balanslaşdırılması ilə bağlıdır.

Buna da bax:​ Apreldən Bakı-Tbilisi qatarına gediş haqqı endirilir

Yeni tariflərə görə, gediş haqları 10 qəpikdən 40 qəpiyə kimi artırılıb.

Bakı-Sumqayıt marşrutu üzrə ekonom klasda gediş haqqı 80 qəpikdən 1 manata, biznes klas qiyməti isə 1.20 manatdan 1,60 manata qaldırılıb.

Bakı-Biləcəri marşrutu üzrə ekonom klasda gediş haqqı 30 qəpikdən 40 qəpiyə, biznes klas qiyməti isə 80 qəpikdən 1.20 manata qaldırılıb.

Buna da bax: Qatar Biləcəri və Xırdalanda da dayanacaq

Bakı-Xırdalan, Biləcəri-Xırdalan, Biləcəri-Sumqayıt, Xırdalan-Sumqayıt marşrutları üzrə gediş haqları da klaslar üzrə 10 qəpikdən 40 qəpiyə kimi bahalanıb.