2017-cı ilin dövlət büdcəsi layihəsi hazırlanıb

-

Maliyyə Nazirliyi 2017 və sonrakı iki ilin dövlət, icmal büdcələrinin layihəsini hazırlayıb. Sənədlər Nazirlər Kabinetinə və Hesablama Palatasına göndərilib.

“Turan” –ın xəbərinə görə, dövlət büdcəsinin parametrləri açıqlanmır. Ancaq 2017-ci ilin prioritetlərindən bəhs edilir.

Orada sosial siyasətin davam etdirilməsi, əhalinin yaşayış səviyyəsinin, qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması qarşıya məqsəd qoyulur. Bundan başqa, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi də əsas prioritetlərindən sayılır. Habelə, ölkə daxilində, xaricdə icrasına başlanılmış və prioritet hesab edilən investisiya layihələri diqqətdə saxlanılır.

Sənəddə, həmçinin, regionların sosial-iqtisadi yüksəlişi, qeyri-neft sektorunun stimullaşdırılması , aqrar sektorun və sənayenin inkişafı qarşıya məqsəd qoyulub.

Bütün bunlardan başqa, dövlətin borc və öhdəliklərindən ötrü maliyyə təminatlarının yaradılmasına da əhəmiyyət verilməlidir.

2016-cı ildə dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat, xərcləri isə 18 milyard 495 min manat məbləğində təsdiq edilib.

Buna da bax: Milyardlarla xərclənən pul və bəzi rayonları susuz şəhər