Azərbaycan buğda idxalını 7 dəfə artırıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiyaya sanksiyalar Azərbaycanda çörəyi bahalaşdıra bilər

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 51 milyon 953.31 ABŞ dolları dəyərində 150 min 597.5 ton buğda idxal edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bir il əvvəlki eyni dövr ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 9, həcmi isə 7 dəfəyə yaxın artıb.

Son bir ildə dünyada taxılın qiymətində artım müşahidə edilir.

Bu ilin əvvəlində Azərbaycanda da un 30 faizdən çox bahalaşıb. Ölkədə unun bahalaşması son günlərdə də, az da olsa, davam edib.