Bu il iş başında həlak olan jurnalistlərin sayı artıb

Ukrayna, AFP-in jurnalisti Baxmut bölgəsində, 31 iyul 2022

2022-ci ilə ən çox jurnalist Ukraynada həlak olub. Hesabatda qeyd olunur ki, media işçilərinin ölümü daha çox Rusiyanın Ukraynaya təcavüzünün ilk dövründə baş verib.

2022-ci ildə işini yerinə yetirərkən öldürülən media işçilərinin sayı kəskin artıb.

Beynəlxalq Jurnalistlər Federasiyası-nın illik hesabatında deyilir ki, buna Ukraynadakı müharibə, Haitidəki xaos və Meksikada cinayətkar dəstələrin zorakılığının artması şərait yaradıb.

Buna da bax: Bəxtiyar Hacıyev həbs edilib. Reaksiyalar

Bu il dünyada 67 jurnalist və media işçisi vəvat edib. Bu da ötən illə müqayisədə 20 nəfər çoxdur. O da qeyd olunur ki, əksəriyyəti ukraynalı olan 12 jurnalist Ukraynadakı münaqişəni işıqlandırarkən həlak olub. Ukraynadakı həlak olanlar arasında amerikalı sənədli film rejissoru Brent Renault da var. Hesabatda vurğulanır ki, jurnalistlərin həlak olması halları daha çox Rusiyanın Ukraynaya hərbi təcavüzünün ilk həftələrində baş verib.

Hesabatda dünya üzrə 375 jurnalistin həbsdə olduğu bildirililir. Media işçiləri arasında ən yüksək məhkumluq göstəriciləri Çin, Myanma və Türkiyədədir.

Açıqlanan sənədə görə, Çin və onun Honq-Konqdakı müttəfiqləri həbsdə olan 84 jurnalistlə siyahıya başçılıq edir, Myanma (64), Türkiyə (51), İran (34), Belarus (33), Misir (23), Rusiya və işğal olunmuş Krım (29) , Səudiyyə Ərəbistanı (11), Yəmən (10), Suriya (9) və Hindistan (7).

Beynəlxalq Jurnalistlər Federasiyası bütün ölkələrin hökumətlərini media işçilərinin hüquq və azadlıqlarını daha diqqətlə qorumağa çağırır.

Buna da bax: Britaniya insan haqlarını pozanlara sanksiyalar açıqlayıb

Sözügedən hesabatda Azərbaycanın adı çəkilməsə də yerli hüquq müdafiəçiləri Azərbaycanda da "Xural" TV-nin baş redaktoru Əvəz Zeynallı, bloqer Fuad Aslanov , habelə daha bir-neçə jurnalist və bloqerin peşə fəaliyyətləri ilə bağlı həbs olunduğunu bildirirlər. Amma rəsmilər isə hesab edirlər ki, onlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.