Taliban Kunduz şəhərini ələ keçirib

Əfqanıstan, Kunduz, ordunun Talibana qarşı əməliyyatı, iyul 2021

Qərb mediasının verdiyi məlumata görə, Taliban Əfqanıstaın Kunduz şəhərini ələ keçirib.

Yerli hakimiyyət orqanlarından BBC-yə verilən məlumata görə, hava limanından başqa Taliban Kunduzun bütün ərazisini ələ keçirib. Gələn xəbərlərə görə, şəhərdə yanğın başlayıb.

Bəzi xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə, mülki əhali arasında həlak olanlar var. Amma hələki bu məlumatları rəsmi mənbələrdən təsdiqləmək mümkün olmayıb.

Əfqanıstanın Kunduz şəhərində ağır döyüşlər gedir

Əfqanıstanın Kunduz şəhərində ağır döyüşlərin getdiyi barədə məlumatlar gəlməkdədir.

Rəsmilər və sakinlərin bildirdiyinə görə, şimal Kunduz əyalətinin paytaxtı Kunduzda 8 avqustda Əfqanıstan hökumət qüvvələri ilə Taliban yaraqlıları arasında şiddətli döyüşlər gedir.

Silahlılar avqustun 6-dan bu yana iki əyalət paytaxtını ələ keçiriblər. Bəzi mənbələrdən mediaya verilən məlumatlara görə, Kunduzdakı bəzi əsas hökumət binaları Taliban qüvvələrinin əlinə keçib.

Kunduz əyalət məclisinin üzvü Amruddin Vali "Şəhərin müxtəlif yerlərində şiddətli küçə döyüşlərinin davam etdiyini bildirir.

Onun sözlərinə görə, bəzi təhlükəsizlik qüvvələri hava limanına doğru geri çəkilib.

Əyalət Sağlamlıq İdarəsi 6 avqust axşamı Kunduzda başlayan döyüşlərdə ən az 11 adamın öldüyünü və 39 adamın yaralandığını bildirir.

Əyalətdən olan igər mənbə isə polis qərargahı və Kunduzun mərkəzindəki əsas dairənin yaxınlığında qarşıdurmaların şiddətləndiyini söyləyir.

Hadisələrin gedişatını şərh edən ekspertlər hesab edir ki, Kunduzun süqutu, əsas şəhərləri müdafiə etmək üçün kənd yerlərində mübarizəni böyük ölçüdə tərk edən Kabul hökuməti üçün böyük zərbə olardı.

Avqusun 6-da Taliban, Nimroz əyalətinin ilk əyalət paytaxtı Zarancı, bir gün sonra şimaldakı Cövzcan əyalətinin mərkəzi Şeberhanı ələ keçirib.