Ermənistan-Azərbaycan sərhədində baş verənlərə beynəlxalq reaksiyalar

Sizin brauzer HTML5-i dəstəkləmir

Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla Ermənistanla sərhəddə yaranmış vəziyyəti müzakirə edib. Nazirliyin məlumatına görə, Elmar Məmmədyarov Ermənistanı təxribatçılıqda günahlandırıb və qeyd edib ki, bu, Azərbaycan-Ermənistan münaqişəsinə 3-cü ölkələrin cəlb edilməsinə xidmət edir.