Gazprom-la İran 40 milyard dollarlıq enerji sazişi imzalayır

İranda qaz emalı zavodu

Gazprom həmçinin mayeləşdirilmiş təbii qaz (LNG) layihələrinin tamamlanmasına, qaz ixrac kəmərlərinin çəkilməsinə cəlb ediləcək

İran Milli Neft Şirkəti (İMNŞ) və Rusiyanın dövlətin nəzarətində olan Gazprom enerji nəhəngi 40 milyard dollarlıq anlaşma memorandumu imzalayıblar. Məlumatı İran neft nazirliyinin SHANA xəbər agentliyi yayıb.

Saziş iyulun 19-da razılaşdırılıb. Bu gün Rusiya Prezidenti Vladimir Putin Tehranda iranlı və türkiyəli həmkarları ilə sammit keçirir.

SHANA xəbər verir ki, Gazprom Kiş və Şimali Pars ofşor qaz yataqlarının, eləcə də altı neft yatağının işlənməsində İMNŞ-ya dəstək göstərəcək.

Gazprom həmçinin mayeləşdirilmiş təbii qaz (LNG) layihələrinin tamamlanmasına, qaz ixrac kəmərlərinin çəkilməsinə cəlb ediləcək.

İran qaz ehtiyatlarına görə dünyada Rusiyadan sonra ikinci yeri tutur. Ancaq ABŞ-ın sanksiyaları Tehranın qaz çıxarma texnologiyasına çıxışını önləyib, qaz ixracını səngidib.