Armen Qriqoryan: ‘Azərbaycan tərəfi bizə məlumat verib ki, bu gecə…’

Armen Qriqoryan

Azərbaycan və Ermənistan Gorus-Qafan yolunda sərhəd postları yerləşdirəcək

Azərbaycanı tərəfi məlumat verib ki, bugün gecə saat 12-dən Gorus-Qafan yolunda gömrük postları yerləşdirəcək. Ermənistan tərəfi də bu sahədə gömrük və sərhəd postları yerləşdirəcək.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun xəbər verir ki, bunu noyabrın 10-da ictimai televiziyaya müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib:

“Bugün Azərbaycan tərəfi Ermənistan tərəfinə məlumat verib ki, gecə saat 12-dən Gorus-Qafan yolunda sərhəd və gömrük xidmətinə başlayacaq, yəni burada gömrük postları yerləşdirəcək. Bəyan etmək istəyirəm ki, Ermənistan tərəfi də müvafiq addımlar atacaq, yəni yolun bu hissəsində gömrük və sərhəd məntəqələri yerləşdirəcək”.

Qriqoryan əlavə edib ki, Ermənistan tərəfi bu işə “əvvəlcədən başlayıb”.

Buna da bax: Ermənistan Müdafiə Nazirliyi təkzib edir, təfərrüatlar açıqlanmır

Alternativ yol hazırdır

Təhlükəszilik Şurasının katibi bunu da deyib ki, alternativ Qafan-Tatev yolunun çəkilişi başa çatıb.

O bildirib ki, bu yol istər yüklərin daşınmasına, istərsə də bütün növlərdən olan avtomobillərin hərəkətinə hazırdır.

Qriqoryan qeyd edib ki, Yerevan-Qafan yolu son 15 ilin ən abad yoludur:

“Gorus-Qafan yolunun üstündə olan icmalarda, yəni Şurnux, Vorotan və Çakaten icmalarında hazırda bu kəndlərə gedən yolların abadlaşdırılması üçün yol-tikinti işləri aparılır”.