Tbilisidə etirazçılarla polis toqquşub

Parlament yaxınlığında fəallar saxlanır

Martın 2-də Gürcüstan parlamentinin qarşısında və içərisində etirazçılar polislə toqquşub. Bu zaman parlamentdə ziddiyyətli “xarici agentlər” qanununun müzakirəsi gedirdi. Tənqidçilər bu qanunun mətbuat azadlığına ziyan vuracağını, ölkəni avtoritarizmə sürükləyəcəyini deyirlər.

Polis Tbilisidə nümayişlərdə azı 4 etirazçını saxlayıb. Nümayişçilərin bəziləri deputatların müzakirə apardığı otaqların qarşısındakı dəhlizlərə yığışıb, fit çalıb, plakatlar qaldırıblar.

Bəziləri “Rusiya qanununa yox!”, “Əlavə xəyanətkarlara yox!” şüarları səsləndiriblər.

Buna da bax: ABŞ qanununu Gürcüstan parlamentinə niyə təqdim ediblər?

Rusiya örnəyi

Hakim Gürcü Arzusu partiyasının dəstəklədiyi qanunvericiliyə görə, maliyyəsinin 20 faizindən çoxunu xaricdən alan qurumlar “xarici agentlər” kimi qeydiyyatdan keçməlidirlər, yoxsa böyük məbləğdə cərimələrlə üzləşə bilərlər.

Tənqidçilər bu layihəni Rusiyanın oxşar qanunu ilə müqayisə edirlər. Rusiya həmin qanunla vətəndaş cəmiyyəti qruplarının, QHT-lərinin media qurumlarının işini məhdudlaşdırıb.

Ötən ay 60-dan çox media orqaı və vətəndaş cəmiyyəti qrupu qanunvericilik qəbul olunacağı halda ona əməl etməyəcəklərini deyiblər.

Prezident Salome Zurabişvili qanun layihəsinə veto qoyacağını desə də, parlament onun vetosunu rədd edə bilər.

ABŞ və Avropa İttifaqı qanunu tənqid ediblər.