Ölkədə 4 min hemodializ xəstəsi var

Sizin brauzer HTML5-i dəstəkləmir

Şəkər xəstələri Endokrinoloji xəstəxanadan dərmanları tam ala bilmir - GƏNCƏDƏN REPORTAJ

Azərbaycanda hemodializ, şəkərli diabet və dağınıq skleroz diaqnozu ilə qeydiyyatda olan şəxslərin sayı açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov bildirib ki, ölkə üzrə 53 hemodializ mərkəzində 3 min 896 xəstə hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin olunur.

Hazırda şəkərli diabet xəstəliyi registrində 284 min 656 xəstə qeydiyyatdadır. 2023-cü ilin altı ay ərzində 4 min 839 yeni xəstə qeydiyyata alınıb.

Dağınıq skleroz xəstələrinin registrində olan xəstələrin sayı 2001 nəfərdir ki, bu da ilin əvvəli ilə müqayisədə 34 nəfər çoxdur.

Vurğulanıb ki, onların hamısı Dövlət proqramı çərçivəsində müvafiq tibbi xidmətlə və mərkəzləşdirilmiş qaydada verilən dərman preparatları ilə təmin olunurlar.