İslam inqilabı və Xomeyninin qayıdışı

7 sentyabr 1978-ci ildə Tehran şaha qarşı etirazlar və tətillərə büründü. Bu gün İran tarixində "Qara cümə" kimi qaldı. 4 gün sonra ölkədə hərbi vəziyyət elan olunacaq.
 

Hərbi vəziyyətə baxmayaraq etirazçılar küçələri tərk etmirlər.

5 noyabr 1978-ci il. Tehran küçələrində tələbələrin etirazı.

28 noyabr 1978-ci il. Tehran küçələrində tələbələrin etirazı.

10 dekabr 1978-ci il. Etirazçılar əllərində ölkədən qovulmuş dini lider ayətullah Ruhulla Xomeyninin portretini tutublar. 

16 dekabr 1978 Tehran bazarı. Molla və şəhər sakinləri Ruhulla Xomeyninin müraciətini oxuyurlar.

27 dekabr 1978-ci il. Tehranın mərkəzində aşırılmış "Pepsi" avtomobili.

14 yanvar 1979-cu il. Əsgər etirazçını yerdən qaldırır. 

 

15 yanvar 1979-cu il. Tehranın mərkəzindəki məscidin ətrafına 100 mindən çox adam toplaşıb. Əsgərlər "Yaşasın Xomeyni", "Şaha ölüm" şüarları səsləndirirlər.

16 yanvar 1979 cu il. İran şahı Məhəmməd Rza Pəhləvi və həyat yoldaşı Fərəh Tehranın Mehrabad aeroportunda təyyarəyə minməyə gedirlər. Şah məzuniyyət adıyla ölkəni tərk edir. 13 aydan sonra o vəfat edəcək.

18 yanvar 1979-cu il. Tehranın mərkəzində şahın dağıdılmış heykəli.

Tehran aeroportuna aparan yolda İran ordusunun tankı. 

25 yanvar 1979-cu il. Şah ölkəni tərk edəndən sonra yüzlərlə adam İrandan getmək üçün aeroporta toplaşıb. 

26 yanvar 1979-cu il. İran ordusu etirazçılara atəş açır.

31 yanvar 1979-cu il. Ayətullay Ruhulla Xomeyni Tehrana qayıtmaq üçün Paris yaxınlığındakı villasını tərk edir. 

1 fevral 1979-cu il. Xomeyni Tehrana qayıdır. Təyyarədə onu 120 jurnalist müşaiyət edir. 

Ayətullah Ruhulla Xomeyni Tehranda

Xomeyni tərəfdarları Beheşt-Zəhra məzarlığı yolunda Xomeyninin avtomobil karvanını qarşılayırlar. 

Xomeyni Beheşt-Zehra məzarlığında nitq söyləyir.

4 fevral 1979-cu il Xomeyni tərəfdarları qarşısında çıxış edir. 

10 fevral 1979-cu il. Tehranda küçə toqquşmaları davam edir. 

ABŞ vətəndaşı əli silahlı Xomeyni tərəfdarının yanından keçir. ABŞ səfirliyini ələ keçirmək cəhdindən sonra yüzlərlə amerikalı İrandan qaçmağa başladılar. 

18 fevral 1979-cu il. Xomeyninin adamları Tehran aeroportuna nəzarət edirlər.

16 mart 1979. Minlərlə iranlı qadın Xomeyninin qadınların islam qanunlarına riayət etmələri çağırışına dəstək verirlər. 

27 noyabr 1979-cu il. ABŞ səfirliyinin qapısından asılan qıfıl. Ərazinin nəzarətə götürəndən sonra etirazçı tələbələr Səfirliyə daxil olurlar. Onlar şahın geri qaytarılması tələbi ilə 52 amerikalını girov götürürlər. İrandakı girovlarla bağlı böhran 444 gün davam edir və 1981-ci ildə bitir. 

40 il əvvəl Ayətullah Ruhulla Xomeyni İslam İnqilabına rəhbərlik edərək İran şahını devirdi. Ölkədə avtoritar monarxiya repressiv teokratiya ilə əvəzləndi və bir gecə içində İran ABŞ-ın müttəfiqindən onun əsas düşməninə çevirildi.