İslam Olimpiadasına gələnlərin qaldığı otel otaqlarında nələr olacaq?

Olimpiya oyunlarında Fələstinli idmançı, London London, 8 avqust 2012

Bakı İslam Universitetinin (BİU) rektoru, professor Sabir Həsənli Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərovla görüşüb.

Xəbəri “Report2 yayıb.

Xəbərə görə, "Heydər" məscidində baş tutan görüşdə İslam Həmrəyliyi Oyunları ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Xəbərdə deyilir ki. bunlardan biri “Atletlər Kəndi”ndə idmançıların islam qaydalarına uyğun şəkildə yerləşdirilməsi ilə bağlı olub:

"Görüşdə idmançıların yerləşdiriləcəyi otaqlarda islam qaydalarına uyğun hazırlıq işlərinin aparılması, idmançıların ibadəti üçün namaz otaqlarının hazırlanması, otaqlarda "Qurani-Kərim" kitablarının yerləşdirilməsi kimi məsələlərlə bağlı müzakirələr aparılıb".

IV İslam Həmrəyliyi Oyunları 2017-ci il mayın 12- 22-də Bakıda keçiriləcək.