İslam Oyunlarında Bakıda xüsusi rejim tətbiq olunacaq

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev

Mayın 12-dən 22-nə kimi keçiriləcək IV İslam Həmrəylik Oyunları ilə əlaqədar Bakıda bəzi yerlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Yarışların keçiriləcəyi obyektlərə giriş xüsusi icazə əsasında olacaq.

Bu barədə martın 15-də Bakı Şəhər İcra Hakimiyyətinin keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.

Buna da bax:​ İslam Həmrəyliyi Oyunlarında4 minə yaxın idmançı iştirak edəcək

Onun sözlərinə görə, I Avropa Oyunları zamanı olduğu kimi, paytaxtın küçələrində iştirakçıların və qonaqların hərəkətindən ötrü ayrıca zolaqlar yaradılacaq.

“İslam Oyunlarının keçiriləcəyi əsas yerlər Bayıl Su İdmanı Kompleksi, AZAL Arena, Tennis Akademiyasıdır. Həmin ərazilərdə xüsusi rejim tətbiq olunacaq. İcazələri Bakı şəhər İcra Hakimiyyəti verəcək. Nəqliyyatın Hərəkətinə Nəzarət Zonalarında yaşayan sakinlər və fəaliyyət göstərən şirkətlər müvafiq rayonların Mənzil İstismar Sahələrində (MİS) 14-31 mart tarixlərində qeydiyyatdan keçməlidir”,

İslam Oyunlarında Bakıda xüsusi rejim tətbiq olunacaq

Mayın 12-dən 22-nə kimi keçiriləcək IV İslam Həmrəylik Oyunları ilə əlaqədar Bakıda bəzi yerlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Yarışların keçiriləcəyi obyektlərə giriş xüsusi icazə əsasında olacaq.

Buna da bax:​ Nazir: 'Hədəf 57 islam ölkəsini yarışlara gətirməkdir'

Bu barədə martın 15-də Bakı Şəhər İcra Hakimiyyətinin keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, I Avropa Oyunları zamanı olduğu kimi, paytaxtın küçələrində iştirakçıların və qonaqların hərəkətindən ötrü ayrıca zolaqlar yaradılacaq.

“İslam Oyunlarının keçiriləcəyi əsas yerlər Bayıl Su İdmanı Kompleksi, AZAL Arena, Tennis Akademiyasıdır. Həmin ərazilərdə xüsusi rejim tətbiq olunacaq. İcazələri Bakı şəhər İcra Hakimiyyəti verəcək. Nəqliyyatın Hərəkətinə Nəzarət Zonalarında yaşayan sakinlər və fəaliyyət göstərən şirkətlər müvafiq rayonların Mənzil İstismar Sahələrində (MİS) 14-31 mart tarixlərində qeydiyyatdan keçməlidir”, o, deyib.

Oyunlar zamanı nəqliyyatın parklanmasına da məhdudiyyətlər qoyulacaq. K. Əliyev deyib ki, əraziləri polis əməkdaşları nəzarətdə saxlayacaqlar. Park olunan avtomobillər təxliyə edilərək cərimə meydançalarına aparılacaq.

Buna da bax: Oyunlara hazırlıq vüsət götürür

Qaydaların mayın 1-dən 25-dək qüvvədə olacağı bildirilir.

Bu il Bakıda Formula-1 yarışları da keçiriləcək. Bu ilin dövlət büdcəsində beynəlxalq idman yarışlarının təşkilinə ümumilikdə 300 milyon manatdan çox vəsait ayrıldığı bildirilir.

Azərbaycan müxalifəti isə hesab edir ki, həmin vəsaitlər az təminatlı ailələrin sosial ehtiyaclarına xərclənməli idi.

Oyunlar zamanı nəqliyyatın parklanmasına da məhdudiyyətlər qoyulacaq. K. Əliyev deyib ki, əraziləri polis əməkdaşları nəzarətdə saxlayacaqlar. Park olunan avtomobillər təxliyə edilərək cərimə meydançalarına aparılacaq.

Buna da bax:​ İslam Oyunlarına gələ bilməyəni gətirməyə Bakı pul verir?