Koronavirus: İtaliya, İran, Cənubi Koreya, Çin - yeni məlumatlar

Koronavirus, İtaliya , 22 fevral 2020

İtaliyanın şimalında koronavirus infeksiyasından iki ölüm hadisəsi qeydə alınıb. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün bəzi şəhərlərdə mağazalar və məktəblər bağlanıb.

Koronavirusun ortaya çıxması səbəbiylə Venesiyada ənənəvi şəhər karnavalının son iki gününün qeyd edilməsini ləğv edilib, Bu barədə Reuters bölgənin qubernatoru Veneto Luca Zayu-ya istinadən xəbər verir.

Hər il milyonlarla turisti toplayan karnaval bazar ertəsi gecə dayandırılacaq. Bu gündən etibarən martın 1-dək bütün ictimai tədbirlərin keçirilməsi də qadağan edilir.

İtaliyanın şimalındakı on şəhərdə 50 mindən çox sakin yerli hakimiyyət orqanlarından evlərini tərk etməmək tövsiyələrini alıb. Sky Italia televiziya kanalı ölkənin şimalında virusa yoluxanların sayının 32-yə çatdığını, ancaq indiyə qədər Səhiyyə Nazirliyinin bu məlumatın rəsmi təsdiqini ala bilmədiyini bildirir.

Venesiyada karnaval, arxiv foto

İranda koronavirus infeksiyası səbəbindən altıncı ölüm hadisəsi baş verib. Ümumilikdə bu ölkədə 28 koronavirus infeksiyasına yoluxma qeydə alınıb. Bu ölkənin 31 vəlayətindən beşində aşkarlanan saydır.

Səhiyyə Nazirliyi son vaxtlar qeydə alınan on hadisədən ikisinin Tehranda, səkkizinin isə Tehrandan 120 kilometr cənubda Qumda olduğunu bildirib. Yerli tibb müəssisələrinin tələbi ilə Qumda dini iclasların keçirilməsi müvəqqəti qadağan olunub.

İran Səhiyyə Nazirliyinin sözçüsü Qumda daha çox virusun aşkar olunmasını İrana gəlib-gedən Çinli işçilər olması ilə əlaqələndirib. Beləki Çin mütəxəssisləri Qumda günəş elektrik stansiyasının inşası ilə məşğuldurlar.

Koronavirusdan indiyə qədər Çində 2300-dən çox adam ölüb.

Daha bir ocağı Cənubi Koreyada üzə çıxıb. Fevral ayında bu ölkədə virusa yoluxanların sayının 346-ya çatdığı bildirilir.