Qarabağda hüquq müdafiəçisi: 'Müharibənin nəticələrini, əsasən, Rusiya müəyyən etdi…'

Sizin brauzer HTML5-i dəstəkləmir

Erməni hərbçi Azərbaycanın nəzarətindəki meşədə gizlənir: 'Məni xilas edin!'

Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ sakinləri haqda dedikləri bu regionun erməni icmasının ciddi narahatlığına səbəb olub. Bunu AzadlıqRadiosuna açıqlamasında Helsinki Vətəndaş Assambleyasının Qarabağ üzrə nümayəndəsi, Qarabağın Rusiya sülhməramlılarının nəzarət etdiyi hissəsində yaşayan Karen Ohancanyan deyib.

Prezident Əliyev Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa yolu olmadığını bildirir. Əliyevin sözlərinə görə, kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, peşman olmayacaq. Bunu özünə münasib saymayanlar isə başqa yaşayış yeri seçə bilərlər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Mərkəzi Bankın yeni binasını kim tikir?

“Əliyev Qarabağ mövzusunu birdəfəlik bağlamaq istəyir”

“Bizə bir şey aydındır ki, cənab Əliyev ermənilərin 2020-ci il müharibəsində məğlubiyyətindən sonra onlara maksimum təzyiq göstərməyə, Qarabağ erməniləri mövzusunu, Dağlıq Qarabağ vətəndaşlarının öz qaydaları və öz seçimlərinə uyğun yaşamaq hüququ mövzusunu birdəfəlik bağlamağa çalışır. Cənab Əliyev və Azərbaycan vətəndaşları bilməlidirlər ki, müharibənin nəticələrini əsasən Rusiya müəyyənləşdirib, özünün Ukraynadakı avantürist müharibəsindən ötrü Ermənistanı və Dağlıq Qarabağı müəyyən müddətə güdaza verməliydi. Bu gün Azərbaycan Rusiyanın Ukraynaya hərbi təcavüzündən öz xeyrinə istifadə edir, çünki dünya Rusiyadan enerji resursları almaq istəmir, əvəzində Azərbaycana bel bağlayır. Azərbaycan prezidenti yaxşı bilir ki, tezliklə fələk onun fikir azadlığına qəddar davranan ölkəsinə arxa çevirə bilər”, – Ohancanyan deyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Karen Ohancanyan: 'Bu yolla Azərbaycan öz altına saatlı bomba qoyur'

Hakimiyyət təmsilçiləri ölkədə təməl hüquq və azadlıqların tam təmin olunduğunu deyir, beynəlxalq insan haqları təşkilatlarının tənqidlərini rədd edir.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Qarabağda ermənilərin yaşadığı yerlərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər indiyədək sülh sazişi imzalamayıblar.

Buna da bax: Sərhədə göndəriləcək Aİ missiyasının neçə üzvü olacaq

Qarabağla birbaşa təmaslar

Prezident Əliyev müharibədən sonra dəfələrlə deyib ki, Dağlıq Qarabağ münaqişəsi artıq həllini tapıb, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Prezident Qarabağın erməni əhalisinin nümayəndələri ilə bir müddətdir qeyri-formal əlaqələrin də aparıldığını söyləyib.

Ermənistan rəhbərliyi Azərbaycanı Xankəndindəki qondarma rejimlə birbaşa danışıqlara çağırıb. Separatçıların təmsilçilərinin mövqeyinə görə, bu format bir halda mümkündür ki, beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr Qarabağı (ermənilər Artsax deyirlər) danışıqların və münaqişənin tamhüquqlu tərəfi kimi tanısınlar.

Ohancanyan da AzadlıqRadiosuna deyir ki, Qarabağın yekun statusu ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yoluyla həll olunmalıdır. “Dünya ictimaiyyəti hələ də hesab edir ki, Dağlıq Qarabağ problemi Dağlıq Qarabağ vətəndaşlarının iradəsini nəzərə almaqla, sülh yoluyla həll edilməlidir”, – o, sözlərinə əlavə edir.

Ancaq Azərbaycan prezidenti deyir ki, Qarabağın etnik erməni sakinləri “bizim daxili işimizdir və biz bunu üçüncü bir tərəflə müzakirə etmək niyyətində deyilik”.

Buna da bax: Blinken Əliyevlə danışıb. Qarabağda yaşayan etnik ermənilərin hüquqları və təhlükəsizliyi...

Ümumi təmas nöqtələri

Ohancanyanın fikrincə, Azərbaycan və Qarabağ vətəndaşlarının dinc yanaşı yaşaması üçün ümumi təmas nöqtələri tapılmalıdır. “Bu, iqtisadi infrastruktur, humanitar, mədəni əməkdaşlıq da ola bilər, insani səviyyədə ünsiyyət də. Bir-birimizin düşmən obrazının götürülməsinə, bir-biriylə qonaqpərvər davranmağa nail olmalıyıq. Bu çox uzun və incə prosesdir”, – deyən hüquq müdafiəçisi tərəflər arasında əməkdaşlıq potensialının tükənmədiyini sözlərinə əlavə edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Əkrəm Əylisli kitabı yandırılandan sonra ilk dəfə oxucuları ilə görüşür

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.