Xankəndində həyat yenidən canlanmağa başlayıb

27 noyabr, Xankəndi (ermənilər Stepanakert adlandırır)

24 noyabr. Xankəndi sakini evinin pəncərəsini təmir edir

24 noyabr. Sakinlər mebellərini Xankəndinə geri daşıyırlar

3 dekabr. Xankəndi sakinləri inək kəsməyə hazırlaşırlar. Minlərlə erməni yaşamaq üçün geri qayıtmağa başlayıb.

24 noyabr. Separatçı Dağlıq Qarabağ əsgərləri bazarlıq edərkən

Xankəndi sakini xurma məhsulunu yığarkən

27 noyabr. Xankəndində oğlunun məzarını ziyarətə gələn ata. Rəsmi rəqəmlərə görə, 44 günlük müharibə Azərbaycanda 2783, Ermənistanda isə 2425 hərbçinin həyatına son qoyub.

25 noyabr. Xankəndində lavaş bişirəm kişi. Bugünlərdə sakinlərdən biri Ruters agentliyinin əməkdaşına deyib ki, 2020-ci il müharibəsi indiyədək gördüyü 3 müharibənin ən dəhşətlisi olub: “Mən burada 3 müharibənin şahidi olmuşam. 1992-ci il və 2016-cı illərdə mən buranı tərk etmədim, amma bu dəfə dəhşətli idi”

Sakinlər müharibədən zərər çəkmiş evləri təmir edirlər. Hər iki tərəfdə müharibə onlarla dinc sakinin də həyatına son qoyub. 

2 dekabr. Xankəndindəki məktəbdə şagird milli erməni rəqsi edir. Atəşkəs razılaşmasınadək Azərbaycan ordusunun Qarabağda irəliləməsi nəticəsində əksər ermənilər Xankəndinə sığınmağa məcbur qalmışdılar. 

18 noyabr. Xankəndindən qaçqın düşənlər geri qayıtmaq üçün Yerevanda avtobus gözləyirlər

29 noyabr. Xankəndi yaxınlığında nəzarət məntəqəsində rus sülhməramlıları. 44 günlük müharibənin ardınca noyabrın 9-da imzalanmış üçtərəfli – Azərbaycan, Ermənistan və Rusiya razılaşmasından sonra Dağlıq Qarabağa 2000 rus əsgəri gəlib.