Banklar dolların kursunu sürətlə salır

Banklarda dolların alış və satış qiymətləri aşağı düşməkdə davam edir. Fevralın 7-si səhər saatlarında dolların alış qiymətini 1.79 manata salan banklar, artıq bu valyutanı 1.70 manatdan almağa başlayıblar.

AzadlıqRadiosu-nun müxbiri xəbər verir ki, Nikoyl Bank 1 dolları 1.70 manatdan alır. Bank ABŞ dolların 1.93 manata satır. Alış və satış arasında xeyli fərq yaranıb.

Buna da bax:​ Manat yenə bahalaşdı

Fevralın 7-si Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.

Manatın orta çəkili məzənnəsi 1.8251 səviyyəsində formalaşıb.

Fevralın 6-sı isə Mərkəzi Bank fevralın 7-nə görə dolların məzənnəsini 1.8769 manat müəyyən etmişdi.

Buna da bax: Ekspert: 'Manat tezliklə düşəcək...'

Son həftələr manat dollara nisbətən dəyər qazanır.