Şiə məscidində partlayışda azı 11 nəfər həlak olub

Məzari Şərifdəki məscid

Aprelin 21-də Kabildə yol kənarında partlayışda azı iki uşaq yaralanıb

Aprelin 21-də Əfqanıstanda bir neçə partlayışda azı 15 nəfər öldürülüb, onlarla adam yaralanıb.

Məzari Şərifdəki hücuma görə məsuliyyəti İslam Dövləti (İD) üzərinə götürüb.

Talibandan Zabihulla Nurani məsciddə 25 nəfərin öldürüldüyünü deyib.

Kunduzdakı partlayışda isə azı 4 nəfər həlak olub, 18 nəfər yaralanıb.

Kunduz və Kabildəki partlayışlara görə məsuliyyəti götürən olmayıb.

***

Əfqanıstanın şimalındakı Məzari Şərif şəhərində şiə məscidində partlayış azı 11 nəfərin həyatına son qoyub.

Yerli səhiyyə rəsmiləri aprelin 21-də törədilmiş partlayışda 11 nəfərin öldürüldüyünü, 32 nəfərin yaralandığını deyirlər.

Əfqanıstanın şimalındakı Kunduz şəhərində hücumda isə azı 11 nəfər ya öldürülüb, ya da yaralanıb. Xəstəxanalara partlayış qurbanı olan 11 nəfərin aparıldığı xəbər verilir.

Aprelin 21-də Kabildə yol kənarında partlayışda azı iki uşaq yaralanıb. Bu, Əfqanıstan paytaxtında bu həftə törədilmiş beşinci partlayışdır.

Müsəlmanların müqəddəs Ramazan ayında törədilmiş hücumlara görə məsuliyyəti götürən olmayıb. İki gün öncə Kabilin qərbində şiə hazaraların yaşadığı ərazidə orta məktəbdə partlayışlar azı 6 nəfərin həyatına son qoyub.

Şiə dini azlığı sünni silahlı qruplaşmaları, o cümlədən İslam Dövləti tərəfindən tez-tez hədəfə alınır.