MTN-nin daha 4 əməkdaşı həbs edilib

Foto arxiv

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin daha 4 əməkdaşı həbs edilib.

APA-nın məlumatına görə, həbs edilən şəxslər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarıdır.

Məlumata görə, barəsində həbs qətimkan tədbiri seçilən şəxslərdən biri Akif Əliyevdir. Həbs edilən digər 3 əməkdaşın ad və soyadlarını dəqiqləşdirmək hələlik mümkün olmayıb.

Xatırladaq ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov bir neçə gün əvvəl vəzifəsindən və milli təhlükəsizlik orqanlarından xaric edilib.

Başqa bir məlumata görə isə onun fəaliyyəti ilə bağlı materiallar toplanaraq prokurorluğa göndərilib.

Məlumatda həmçinin MTN-in transmilli cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi Sübahir Qurbanovun da işinin prokurorluq tərəfindən araşdırılacağı bildirilir.

Çovdarovun adı reket, insan oğurluğu, pul tələb etmə və qətllə bağlı qalmaqallarda hallanır.