Ərdoğan və Paşinyan telefonla danışıb

Ermənistan baş naziri Nikol Pashinyan, Türkiyə prezidenti Receb Tayyib Erdoğan

Sentyabrın 11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan telefonla danışıb.

Bu haqda Türkiyənin Rabitə Nazirliyi məlumat yayıb. Məlumata görə iki ölkə lideri telefon danışığında Türkiyə-Ermənistan münasibətləri, regional məsələləri müzakirə ediblər.

Hər iki ölkə lideri bölgədə daimi sülh və sabitliyin bərqərar olmasının bütün region ölkələrinin inkişafı və rifahına töhfə verəcəyini vurğulayıblar.

Bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini ifadə ediblər.