Pakistanda da meymunçiçəyi aşkarlanıb

Meymunçiçəyi virusu

Pakistanda üç nəfərdə meymunçiçəyi virusu aşkarlandığı bildirilir. Məlumatı avqustun 16-da ölkənin şimalındakı Xayber-Paxtunxva vilayətinin səhiyyə departamenti yayıb.

Bu infeksiya Birləşmiş Ərəb Əmirliklərindən gələnlərdə tapılıb.

Virusun yeni variantı aşkarlanandan sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq səhiyyə üzrə qlobal fövqəladə vəziyyət elan edib.

Pakistanda daha öncə də meymunçiçəyi tapılmışdı. Ancaq yeni xəstələrdə hansı variantın aşkarlandığı bəlli deyil.

Hər üç xəstə karantinə alınıb.

Avqustun 15-də dünya səhiyyə rəsmiləri İsveçdə meymunçiçəyinin yeni ştampının tapıldığını deyib, onu Afrikadakı kütləvi yoluxmalarla əlaqələndirib. Bu isə virusun Afrikadan kənara sıçramasının əlamətidir.

Bundan bir gün öncə ÜST Afrikada virusun yayılması ilə əlaqədar qlobal fövqəladə vəziyyət elan edib. Bu, Konqo Demokratik Respublikasındakı yoluxmaların qonşu ölkələri keçməsi fonunda baş verir.

2023-cü ilin yanvarında virus yayılmağa başlayandan Konqoda əsasən uşaqlar arasında 27 min yoluxma, azı min 100 ölüm qeydə alınıb.

Bu virusun yaratdığı xəstəlik ağrılı qızartılara, qızdırmaya səbəb olur, - ÜST bildirir.