Özbək qadın deyir, uşağın başını Putinə etiraz olaraq kəsib

Gyulchekhra Bobokulova məhkəmədə, 2 mart

►Kreml uşağı öldürmüş dayəni ruhi xəstə adlandırıb

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, Moskvada uşağı öldürməkdə ittiham olunan Özbəkistan vətəndaşı Gülçöhrə Bobokulova ruhi xəstədir və onun guya uşağı öldürməklə prezident Putindən Suriyadakı əməliyyatlara görə qisas alması barədə dediklərinə bu yöndən yanaşmaq lazımdır.

Bununla yanaşı Peskov deyib ki, Bobokulovanın hərəkətlərinin səbəbləri barədə nəticə çıxarmaq hələ tezdir. O əlavə edib ki, hazırda istintaq davam edir. O həmçinin bildirib ki, federal televiziya kanallarının bu qətl barədə süjetlər göstərməmək barədə qərarını dəstəkləyir.

Fevralın 29-da Moskvada Narodnoye opolçeniye küçəsindəki bir mənzildə yanğının söndürülməsindən sonra 4 yaşlı qız uşağının başsız bədəni aşkar edilmişdi. Bir qədər sonra "Oktyabrskoye pole" metro stansiyasının yaxınlığında uşağın dayəsi, 38 yaşlı özbəkistan vətəndaşı Bobokulova saxlanılmışdı. O, əlində uşağın başını tutaraq, "Allahu əkbər" qışqıraraq, özünü partladacağını deyə-deyə küçədə gəzirmiş. Həmin axşam, həmçinin hadisə yerində, qadın ifadə verərək əməlini etiraf edib.

Bobokulova 1977-ci ildə anadan olub, əvvəllər məhkum olunmayıb. Orta təhsillidir. 20, 19 və 16 yaşlarında üç oğlu var. Məhkəmə iclasından əvvəl o jurnalistlərin bircə sualına cavab verərək deyib ki, uşağı öldürməyi ona "Allah əmr edib".

Sizin brauzer HTML5-i dəstəkləmir

Özbək qadın: “Mənə əmri Allah verib”