Pfizer omikrona qarşı ikisi birində peyvənd hazırlayır

Monqolustanda çobanların vaksinasiyası aparılıb

Bu isə omikron vaksininin bir doza formasında vurulacağı, öncəki ştammlara qarşı da qoruma təmin edə biləcəyi deməkdir

Pfizer almaniyalı tərəfdaşı BioNTech ilə birlikdə koronavirusa qarşı orijinal vaksinini sırf omikron ştammına yeni dizaynla kombinə etdiyini bildirir.

Şirkətin baş icraçı direktoru Albert Burla yanvarın 10-da bildirib ki, omikronu hədəfləyən yeni vaksin formulu martda ABŞ tənzimləyici orqanlarına təsdiqlənmək üçün təqdim oluna bilər.

Bu isə omikron vaksininin bir doza formasında vurulacağı, öncəki ştammlara qarşı da qoruma təmin edə biləcəyi deməkdir, o bildirib.

Buna da bax: Azərbaycanda da 'Omikron' aşkarlanıb

Hər il vaksin

Burla digər ekspertlərin dediyinin təsdiqi kimi qeyd edib ki, COVID-19 vaksinləri sonucda bəzi adamlar üçün illik dozaya çevrilə bilər. Qrip vaksini də hər il vurulur.

Moderna şirkətinin başçısı Stefan Bansel ötən həftə deyirdi ki, bu payız adamlara daha bir doza gərəkə bilər.

Hökumətlər əhalini vaksinlənməyə, yeni ştammlara qarşı buster dozaları vurdurmağa həvəsləndirirlər. Çünki zaman keçdikcə vaksinlərin effektinin azaldığı bildirilir.

Buna da bax: 14 milyonluq şəhərdə kütləvi test aparılır

Ancaq əhalinin böyük qisminin təkrar buster dozalarını könüllü vurdurmasına nail olmaq çətinləşə bilər. Hətta vaksinasiya proqramları gedən ölkələrdə belə əhəmiyyətli sayda əhali ilkin dozaları vurdurmaqdan imtina edir.

Data omikronun öncəki ştammlardan daha yoluxucu, amma daha yüngül olduğunu göstərir.

Buna da bax: Omikron heç də ‘yüngül’ ştamm deyil

Qadağalar yüngülləşdirilir

Birləşmiş Ştatlarda və Avropanın bəzi ölkələrində hökumətlər xəstəxana, məktəb və fövqəladə xidmətlərin işini normal tempdə saxlamaq üçün COVID-19 qaydalarını yüngülləşdirirlər.

Bu arada omikrona yoluxmaların sürətlə artması və yoluxanların ünsiyyətdə olduğu şəxslərin təcrid edilməsi vacib xidmətlərdə işçi çatışmazlığına səbəb olur.

Buna da bax: CDC 12-15 yaşlılar üçün buster dozanı tövsiyə edir

Amma vaksinasiya səviyyəsinin yüksək, əhalinin isə əsasən peyvənd olunduğu yerlərdə virusun kökünün kəsiləcəyinə də ümid var.

Noyabrın sonunda Afrikanın cənubunda aşkarlanmış omikron orada artıq zəifləyir. Bu isə digər yerlərdə də oxşar halın yaşanacağına ümidi artırır.

Yanvarın 10-da Avropa İttifaqı Afrikanın cənubundakı ölkələri səyahətin qadağan olunduğu ərazilər siyahısından çıxarıb.