Rus separatçıları Luqansk mitinqində AK-47 avtomatı ilə çıxış edirlər

Sizin brauzer HTML5-i dəstəkləmir

Luqanskda Ukryna Təhlükəsizlik xidmətinin zəbt olunmuş binası qarşısında çıxış edən separatçılardan biri Kalaşnikov avtomatını yelləyərək onun azadliq simvolu olduğunu deyir. Bildirir ki, Ukraynadan azad olmağın yolu silahlı müqavimətdir. Onun sözlərində görə, Ukrayna hakimiyyəti onlara başqa çıxış yolu vermir. Xatırladırıq ki, Ukrayna daxili işlər nazirliyi separatçılara amnistiya elan edərək onları dağılışmağa çağırıb. Lakin Donetskdə, Xarkovda və Luqanskda Rusiyapərəst qüvvələr Ukraynadan ayrılmaq, müstəqillik elan etmək və ya Rusiyaya birləşmək kimi tələblər irəli sürürlər.