NYT: Putin generallardan Xersonu tərk etməməyi tələb edib

Ukrayna hərbçiləri, 14 sentyabr 2022

“New York Times” ABŞ hökumətindəki mənbələrə istinadən yazır ki, son həftələrdə Rusiya prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatlarda bəzi strateji qərarları öz üzərinə götürüb.

Qeyd olunur ki, Putin Ukraynaya hücumun ilk vaxtlarında işğal olunmuş Xersondan Rusiya qoşunların çıxarılması ilə bağlı komandirlərinin xahişlərini rədd edib.

Beləki komandanlıq hesab edir ki, qoşunların Xersondan mütəşəkkil şəkildə çıxarılması texnika və canlı qüvvələri Ukrayna ordusunun hücumlarından qoruya bilər.

Buna da bax: Azərbaycan-Ermənistan gərginliyinin arxasında nə var? - Qərb eksperti

Ukrayna ordusu Dnepr çayı üzərindəki körpünü yarasız hala saldığından Rusiya qoşunları arasında əlaqə kəsilib, körpü texnikanın ötürülməsi üçün yararsızdır.

Yaranmış bu vəziyyətə baxmayaraq Putin orduya Xersondan geri çəkilməyə icazə vermir. Məqaləyə görə, bu, onun üçün alçaldıcı məğlubiyyət kimi görünə bilər.

Qəzet yazır ki, tərk etməmək qərarı şəhərdəki Rus qoşunlarının əhval-ruhiyyəsinə zərbə vurub.

Xerson Rusiya ordusunun ələ keçirdiyi yeganə regional mərkəzdir.

ABŞ kəşfiyyatının məlumatına görə, Putin komandirlərə hərbi əməliyyatların sonrakı gedişi ilə bağlı strateji qərarları məhz ozü verəcəyini bildirib ki, bu, da yüksək rütbəli zabit heyətinin narazılığına səbəb olub.

Məlumata görə, hərbçilər Kiyevin tez bir zamanda ələ keçirilməsi üçün ilkin strateji planın mümkünlüyünə də şübhə ilə yanaşırmış.

Onlar hesab edirdilər ki, bunun üçün daha çox əsgər və texnika lazımdır.

“New York Times” yazır ki, elə Putin səfərbərliyinin başlanması haqqında fərmanı Rusiya ordu komandanlığının tövsiyəsi əsasında verib.

Buna da bax: Neftin qiyməti kəskin düşür, dollar kəskin bahalaşır

Qəzetə verdiyi müsahibədə ABŞ Silahlı Qüvvələrin Baş qərargah rəisi General Mark Milley hazırda strateji təşəbbüsün ukraynalılara keçdiyini, lakin onların qarşıda “uzun bir yol”u olduğunu deyib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb. Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Buna da bax: MN: Kəlbəcərdə üç Azərbaycan əsgəri yaralanıb

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.