Görüş

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin avqustun 18-də Azərbaycana ikigünlük səfəri başlayıb. Bu, Rusiya liderinin Azərbaycana 2018-ci ildən bu yana ilk səfəridir. Rusiya 2022-ci ildə Ukraynada müharibə baslatdıqdan sonra prezident V.Putinin xarici səfərləri kəskin azalıb. Özəlliklə Putini Qərb ölkələrində görmək istəmirlər. Bunun əvəzində Rusiya liderinin əsas üstünlük verdiyi səfər istiqamətləri sırasında Mərkəzi Asiya, Çin və bir sıra Cənub-Şərqi Asiya ölkələri yer alıb.