Qarabağda gərginliyə görə Bakı ilə Yerevan bir-birini, təhlilçilər Rusiyanı ittiham edir

Sizin brauzer HTML5-i dəstəkləmir

Bir yandan Ermənistanda baş nazir Nikol Paşinyana qarşı aksiyalar, digər yandan Qarabağda - Şuşa yaxınlığında bir neçə erməninin ölümü ilə nəticələnən atəşkəs pozulması, Ermənistanın müdafiə nazirinin Qarabağa nümayişkaranə səfəri, dövlət sərhədində gərginliklər... Son bir həftə ard-arda baş verən bu gərginliklərdə Bakı ilə Yerevan bir-birini, Azərbaycan və Ermənistanda olan təhlilçilər isə təkcə Rusiyanı günahlandırırlar.