Azərbaycan mövqelərinin vurulduğunu deyir, Yerevan təkzib edir

Ermənistanın Müdafiə Nazirliyi öz növbəsində noyabrın 17- də Azərbaycan tərəfdən açılan atəş nəticəsində bir  hərbçilərinin yaralandığını bildirmişdi

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanın Müdafiə Nazirliyinin noyabrın 18-də Azərbaycan-Ermənistan sərhədi yaxınlığındakı mövqelərinin Ermənistan silahlı qüvvələri tərəfindəın atəşə tutulması barədə məlumatını təkzib edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan MN məlumatı “növbəti dezinformasiya” adlandırıb.

Azərbaycan MN habelə Füzuli rayonundakı mövqelərinin Rusiya sülhməramlılarının yerləşdiyi ərazidən atəşə tutulduğunu bildirmişdi.

Bundan əvvəl Qarabağ separatçıları bildirmişdilər ki, Azərbaycan silahlı qüvvələri Xocavənd rayonun Çörəkli kəndində əkin sahəsində işləyən bir nəfəri atəşə tutub.

Buna da bax: Separatçılar Bakı ilə birbaşa danışmaq istəmirlər

Azərbaycan Kəlbəcərdə mövqelərinin vurulduğunu deyir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Məlumata görə,noyabrın 18-də saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində mövqelərini atıcı silahlardan atəşə tutub:

“Bundan başqa, saat 17:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub.”

Buna da bax: Paşinyan şahid kimi dindirilib

AMN vurğulayıb ki, qeyd olunan istiqamətlərdə yerləşən bölmələri adekvat cavab tədbirləri görüb.

Bu məlumata, hələlik, qarşı tərəflərin münasibəti bəlli deyil.

AMN noyabrın 17-də isə bildirmişdi ki, “Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri” müşahidə edilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanla həmsərhəd Astaf kəndinin bərbad durumu

Ancaq Ermənistanın Müdafiə Nazirliyi öz növbəsində noyabrın 17- də Azərbaycan tərəfdən açılan atəş nəticəsində bir hərbçilərinin yaralandığını bildirmişdi.

Daha öncəki günlər isə Qarabağda tanınmayan qurumdan deyilmişdi ki, Azərbaycan tərəfi kənd təsərrüfatı işlərilə məşğul olan dinc sakinlərə atəş açıb.

Bu il sentyabrın 12-13-də isə Azərbaycan və Ermənistan sərhədində vəziyyət daha da gərginləşmişdi.

Hər iki tərəfdən ümümilikdə 300-ə qədər hərbi qullqçunun həlak olduğu bildirilirdi.

Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırdılar.

Ermənistan Azərbaycan hərbi quluqçularının onların ərazisinə daxil olduğunu, Azərbayca isə öz növbəsində qarşı tərəfin təxribatıyla üzləşdiyini vurğulayırdı.

Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Buna da bax: Vardanyan özünü Qarabağın elçisi kimi görür

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.