Qazaxıstan bankı Rusiyanın 'Mir' kartından istifadəni dayandırır

Qazaxıstanın ən böyük bankı Halık Bank ABŞ Maliyyə Nazirliyinin sanksiya xəbərdarlığından sonra Rusiyanın Mir ödəniş kartlarından istifadəni dayandırıb.

Vaşinqton xəbərdarlıq etmişdi ki, Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən ölkə və şirkətlərə də sanksiyalar qoyulacaq.

Vyetnamın BIDV bankı da Mir kartlarından istifadəıni dayandırıb.

Halık Bank sentyabrın 21-də Rusiyanın İzvestiya qəzetinə bildirib ki, bu bankın terminallarında Mir kartlarından istifadə mümkün olmayacaq.

BIDV bank da İzvestiya qəzetinə eyni informasiyanı verib.

Buna da bax: FT: Türkiyə bankları 'Mir' kartlarınından istifadəni dayandırır

İki həftə əvvəl Türkiyənin İşbank və DenizBank bankları Mir kartları ilə bankomatlardan pul çıxarılmasını bloklamışdı.

Rusiya Ukraynaya müdaxilədən sonra bildirmişdi ki, onun Mir ödəniş sistemi Rusiyaya dost ölkələrdə işləyəcək.

Sentyabrın 20-də Reuters adları çəkilməyən iki ABŞ administrasiya rəsmisinə istinadən yazırdı rəsmilər İşbank və DenizBankın Mir ödəniş sistemindən imtinasını “ağıllı addım” adlandırıblar.