Qazaxıstan 'ölkəni xoşlamayanlar'ın qara siyahısını tərtib edib

Simonyan və Keosoyan

Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib ki, hakimiyyət arzuolunmaz şəxslərin siyahısına ölkə haqqında neqativ fikir bildirənləri daxil edir:

"Təbiidir ki, biz bu siyahını tərtib etmişik. Amma bu işçi siyahıdır və biz onun tərkibini açıqlamırıq. Heç siyahıdakıların sayını da açıqlaya bilmərəm”.

Smadiyarov bunu brifinqdəki jurnalistin sualına cavab verərkən bildirib.

Jurnalist soruşmuşdu ki, Qazaxıstan ölkə haqqında pis fikir bildirənlərin və onunla Ukrayna arasında paralellərdən söz açanların siyahısını aparırmı?

XİN nümayəndəsi əlavə edib ki, bu siyahıda olanların Qazaxıstana girişi qadağan olunur.

Buna da bax: ABŞ senatoru Azərbaycana yardımı qadağan edən qanun layihəsi təqdim edib

Həkim-endokrinoloq və bloger

Jurnalistlər Smadiyarova habelə rusiyalı həkim və bloger İlya Mageri barədə sual vermişdilər.

Mageri yazmışdı ki, “imperiya” Qazaxıstanda elmlər akademiyası, kosmodrom, müəssisələr yaradıb və “qırx şəhər” salıb:

"Qazaxıstanı mən ümumiyyətlə Rusiyadan ayırmıram. Bütün uşaqlığım orda keçib. Amma belə araqarışdıran alçaqlara görə biz müharibə edəcəyik”.

Qazaxıstan XİN-in nümayəndəsi Mageri barədə suala belə cavab verib:

“Məndən çoxmilyonlu auditoriyası olan həkim-endokrinoloqa böyük salam deyin. Qoy o lazımsız şeylər danışmaqdansa, adamları müalicə etsin və öz işi ilə məşğul olsun. Bizim Rusiya ilə çox yaxşı, qonşuluq münasibətlərimiz var və biz iki dost strateji dövlət kimi birgə işləyirik”.

Sizin brauzer HTML5-i dəstəkləmir

İnsanlar niyə siyasətə qarışmaq istəmir? 'Başıma torba keçirdilər...'.

Marqarita Simonyanın əri də siyahıdadır

2022-ci ilin mayında Smadiyarov demişdi ki, Qazaxıstan rusiyalı teleaparıcı, RT telekanalının baş redaktoru Marqarita Simonyanın əri Tiqran Keosoyanın persona non grata elan edilməsi prosesinə başlayıb.

Sözçü qeyd etmişdi ki, Keosoyan “Qazaxıstan və qazaxlar” barədə xoşagəlməz sözlər deyib:

"Biz elə həmin gün Keosoyanı bizim ölkəmizə gəlişi arzuolunmaz olan şəxslərin siyahısına saldıq. Biz diplomatik praktikada belə metodlardan istifadə edirik”.

Smadiyarov deyib ki, XİN-in belə bir siyahısı hələ Keosoyanla bağlı insidentdən əvvəl də vardı:

"Əgər yenə də Keosoyan kimiləri olsa, onları da siyahıya salacağıq. Ən başlıcası bizim maraqlarımız qorunmalıdır. Amma bu siyahıda olanları adlarını deyə bilmərəm. Bu xidməti siyahıdır”.