Rusiya nüvə zərbəsini sınaqdan çıxarıb

Rusiyanın strateji nüvə bombardmançı təyyarəsi

“Qrom” kod adlı təlimlər prezident Vladimir Putin və müdafiə naziri Sergey Şoyqunun rəhbərliyi altında həyata keçirilib

Rusiya ordusu nüvə silahından istifadə üzrə təlim məşqləri keçirib.

Xəbər verilir ki, Kamçatka poliqonunda ballistik raketlər sınaqdan çıxarılıb və atəşı starteji bombardmançı təyyarələr həyata keçirib.

Buna da bax: ABŞ rəsmisi Azərbaycan və Ermənistan liderlərinin görüşündən danışıb

Xəbər verilir ki, “Qrom” kod adlı təlimlər prezident Vladimir Putin və müdafiə naziri Sergey Şoyqunun rəhbərliyi altında həyata keçirilib.

Bu da bildirilir ki, “Yars” ballistik raketi Plesetsk kosmodrumundan, Sineva raketi isə Barents dənizi hövzəsindəki Tula nüvə sualtı qayığından atllıb və hər iki raket hədəfi vurub.

Buna da bax: Vaşinqton Qafqazla bağlı Moskvanın tənqidlərinə cavab verdi

Sonuncu dəfə starteji çəkindirmə qüvvələrinin ballisitik raket təlimləri fevralın 19-da, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ərəfəsində keçirilib.