Rusiyanın təcavüzü başlayandan bəri Ukraynada 323 uşaq həlak olub

Ukrayna, Lvov, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçirilən aksiyadan

Rusiyanın hərbi təcavüzünün başlamasından bəri Ukraynada həlak olan uşaqların sayı 323-ə yüksəlib, yaralanan uşaqların sayı isə 580-ni keçib.

Məlumatda son günlər uşaqların həlak olması ilə bağlı məlumatların artdığı qeyd edilir. Bildirilir ki, iyunun 13-dək həlak olan uşaqların sayı 288 nəfər olub.

İyunun 17-də isə BMT Ukraynada həlak olan mülki şəxslərlə bağlı məlumatlarını açıqlayıb. Fevralın 24-dən iyunun 16-dək BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının saytında verilən məlumata görə, hərbi əməliyyatlar nəticəsində 294-ü uşaq olmaqla 4509 mülki şəxs həlak olub.

Buna da bax: Tokayev: Qazaxıstan Ukraynadakı separatçıları tanımır

Rusiya Lusuçansk şəhərini bombayayır

Cəbhədən gələn son məlumatlara görə, Rusiya hərbi qüvvələri Ukraynanın Lusuçansk şəhərini bombardman etməkdədilər. Döyüş bölgəsindəki Ukrayna hərbçilərinə istinadən iyunun 18-də verilən məlumatlara görə, Rusiya Ukrayna ordusunun mövqelərini və şəhər infrastrukturunu artilleriya və reaktiv yayılım atəşinə tutub. Luqanskın hərbi qubernatoru Sergiy Qayday bir gün əvvəl, iyunun 17-də Ukraynanın ictimai televiziyasına güclü partlayışlar nəticəsində çoxsaylı insan təlafatının olduğunu deyib. Daha sonra onlayn paylaşmasında o, şəhərdən çıxan əsas magistral yolun artıq keçilməz olduğunu yazıb.

Böyük Britaniyanın Müdafiə Nazirliyi iyunun 18-də gündəlik kəşfiyyat bülletenində bildirib ki, Rusiya qüvvələri son 48 saat ərzində Syevyerodonetskdən təxminən 115 kilometr şimal-qərbdə yerləşən İzyum şəhərinin cənubuna doğru irəliləyişlərini bərpa edib və şəhəri şimaldan əhatə etməyi hədəfləyiblər.

Rusiya ordusu fevralın 24-də Ukraynaya hücum edib.

Buna da bax: Putinin hakimiyyətində çəkişmə başlanıb - Qərb mediası