Sibirdə müəllim emojiyə görə cərimələndi

Ukraynanın ilhaq olunmuş Krım yarımadası

Bu, kiminsə postunun şərh bölümünə emoji qoymağa görə ilk məhkumluq sayılır

Rusiyanın Sibir regionunda müəllim “Rusiya Federasiyası silahlı qüvvələrini nüfuzdan salmağa” görə cərimələnib. Buna müəllimin sosial mediada antimüharibə postlarına reaksiya verməsi səbəb olub.

Buna da bax: Hərbi təhlilçi: Rusiyanın işğalı ‘üzücü müharibə’yə çevrilib

İki post

Aleksey Arqunov iyulun 25-də AzadlıqRadiosunun Rusiya xidmətinin Sever.Realii portalına deyib ki, sosial media postunun şərh bölümündə kədər emojisindən istifadə etdiyinə görə 30 min rubl ($520) cərimələnib. Post isə “Rusiya xalqının ukraynalıları öldürməsini, ukraynalıların isə rusiyalıları öldürməyə vadar olmasını izləməyin” onu incitdiyini yazan siyasətçinin məhkum edilməsi haqda olub.

Arqunov deyir ki, ittihamlara başqa bir post da daxildir. O, martda aktyor Arnold Şvartsnegerin YouTube-da Rusiya Prezidenti Vladimir Putini Ukraynanın işğalına son qoymağa çağırdığı videonun şərh bölümünə emoji qoyub. Şərhlərdə Şvartsnegerin çıxışı alqışlanırdı.


“Polis özü ittihamları yazarkan bunun səfehlik olduğunu başa düşürdü”, – Novosibirskdən 200 km cənubda yerləşən Barnaul şəhərində fəlsəfə və tarix müəllimi işləyən Arqunov söyləyib.

Buna da bax: Rusiyadan Azərbaycana idxal artıb, ixrac isə...

İlk emoji məhkumluğu

Məhkəmə iki gün sonra onu təqsirli bilib. Bu, kiminsə postunun şərh bölümünə emoji qoymağa görə ilk məhkumluq sayılır.

Fevralın 24-də Ukraynaya qarşı səbəbsiz müharibəyə başlayan Putin müharibəyə qarşı çıxanları susdurmağa çalışıb.

Martda imzalanmış qanunlarda müharibənin, yaxud Rusiya əsgərlərinin hərəkətlərinin tənqidi kriminallaşdırılıb. Müharibə haqda “saxta xəbər” yayanlar 10 il, ölkənin silahlı qüvvələrini “nüfuzdan salanlar” 15 ilədək həbsə məhkum edilə bilərlər.

Qanunlar imzalanandan sonra bəzi vəzifəli şəxslər daxil olmaqla bir neçə rusiyalı sosial mediada müharibəyə qarşı postlara görə təqsirli bilinib.