Slavyanskda separatçılar yeni istehkamlar tikirlər

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiyameylli separatçıların əsas müqavimət mərkəzlərindən biri olan Slavyansk şəhərində Xarkov-Rostov avtomagistralında yeni post tikilir. Separatçılardan biri deyir ki, Ukrayna ordusunun onların müqavimətini qırmağa gücü çatmadı. Şəhər sakinləri isə artıq bu vəziyyətə alışdıqlarını, qarşıdurmanın tezliklə bitəcəyinə ümidlərini bildirirlər. (Reuters)