7 ildə 130 neftçi həlak olub

Xəzərdə itkin düşən neftçilərin ailələri. 11Fev2016

Son 7 ildə Azərbaycanın hasilat sənayesində 130 nəfərin həlak olduğu bildirilir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) açıqladığı hesabatda belə yazılır.

Yeni açıqlanmış hesabat Azərbaycanın neft sektorunda əmək, iqtisadi, sosial və mülki hüquqlar üzrə qanunvericiliyin icra vəziyyətinin qiymətləndirilməsini əhatə edir. Sənəddə 2016-cı ilin yekunları əksini tapıb.

Buna da bax:​ Min manata neftçi ömrü

Sənəddə qeyd edilir ki, həlak olmalar üzrə 2010-2016-cı illərdə ən aşağı göstərici 2013-cü ildə qeydə alınıb - 6 neftçi həlak olub.

Ölənlərin 80 faizi SOCAR-ın işçiləridir

Neftçilərdən ötrü müstəqillik illərində ən uğursuz il 2015-ci il olub. Həmin il azı 37 neftçinin vəfat etdiyi açıqlanıb.

Həmin il təkcə bir gün ərzində – dekabrın 4-də baş verən qasırğa və yanğın nəticəsində “Günəşli” yatağındakı platformada 30 nəfər, Neft Daşları yatağında isə 3 nəfər neftçinin həlak olduğu deyilir.

Buna da bax: SOCAR-da nə baş verir? Köhnələr tapılmamış, təzə neftçilər itkin düşdü... [video]

2010-cu ildə 10, 2011-ci ildə 23, 2012-ci ildə 13, 2013-cü ildə 6, 2014-cü ildə 19, 2016-cı ildə isə 22 neftçinin həlak olduğu söylənir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı hesabatında bildirir ki, həlak olanların 80 faizi SOCAR-ın işçiləri olublar.

Digər həlak olanlar xarici neft şirkətlərinin və podratçı təşkilatların işçiləri olduğu açıqlanıb.