Medal al, pul qazan: Soçi olimpiadasının qaliblərinə vəd edilənlər

Azərbaycan: ən iri məbləğdə mükafat vəd edən ölkələrdəndir, amma Milli Olimpiya Komitəsi medallara o qədər də ümidli deyil. Amma hər ehtimala qarşı, Azərbaycana medal gətirənləri bu mükafatlar gözləyir:

Qızıl medal - 510 000 ABŞ dolları.
Gümüş medal - 255 000 ABŞ dolları.
Bürünc medal - 130 000 ABŞ dolları. 

Ermənistan:
Qızıl medal üçün - 30 000 ABŞ dolları.
Gümüş medal üçün - 20 000 ABŞ dolları.
Bürünc medal üçün - 10 000 ABŞ dolları.

Qazaxıstan:
Qızıl Medal üçün - 250 000 ABŞ dolları
Gümüş medal üçün - 150 000 ABŞ dolları
Bürünc medal üçün - 75 000 ABŞ dolları

Şəkildə - Qazaxıstanı təmsil edən Yulia Galysheva 2010-cu ilin Vanuver Olimpiadasında Gümüş Medal qazanmışdı. 

Belarus və Ukrayna: 
Qızıl medal üçün - 150 000 ABŞ dolları.
Gümüş medal üçün - 75 000 ABŞ dolları.
Bürünc medal üçün - 50 000 ABŞ dolları.

Belorus sonuncu Vankuver Olimpiadasında 3 medal qazanmışdı. 

Rusiya:
Qızıl medal üçün - 113 000 ABŞ dolları.
Gümüş medal üçün - 71 000 ABŞ dolları.
Bürünc medal üçün - 42 000 ABŞ dolları.

Şəkildə rusiyalı fiqurlu konki sürənlər Vera bazarova və Yury Larionov Vankuver Olimpiadasında. 

ABŞ:
Qızıl medal üçün - 25 000 ABŞ dolları.
Gümüş medal üçün - 15 000 ABŞ dolları.
Bürünc medal üçün - 10 000 ABŞ dolları.

Şəkildə: Vankuverdə qalib olan ABŞ idmançısı Lindsey Vonn. 

Almaniya (Özəl Deutsche Sporthilfe Fondu mükafat verir):
Qızıl medal üçün - 20 000 ABŞ dolları.
2-8-ci yeri tutan idmançılara - 2 000 ABŞ dolları. 

Şəkildə: Almaniyalı idmançı Maria Riesch.

Kanada: 
Qızıl medal üçün - 9 000 ABŞ dolları.
Gümüş medal üçün - 6 800 ABŞ dolları.
Bürünc medal üçün - 4 500 ABŞ dolları.