Formula-1 yarışı iyulda Avstriyada keçirilə bilər, amma bir şərtlə

Formula-1, Azərbaycan Bakı, 29 aprel 2018

Avstriya iyulun 3-dən 5-dək "Formula-1" yarışının tamaşaçısız keçirilməsinin mümkünlüyünü təsdiqləyib. Ancaq bu, iyunun 26-28-də Fransada keçirilməsi planlaşdırılan qran-pri təxirə salınsa baş verəcək.

Fransa konkret "Formula -1" yarışmasını rəsmən təxirə salmasa da koronavirus pandemiyasına görə bir müddət əvvəl ictimai tədbirlərə qadağanı iyulun ortalarına qədər uzadıb.

Bu mövsüm "Formula 1"-in ilk doqquz mərhələsi qeyri-müəyyən müddətə təxirə salınıb. Monako Qran Prisi son olaraq ləğv edilib. Formula 1-in Rusiya mərhələsi sentyabrın sonlarına planlaşdırılıb. Onun keçirilməsi və ya ləğvi barədə hələ dəqiq məlumat verilməyib.

Bu ərəfədə o da məlum olub ki, "Formula -1"-in Mercedes komandasının rəhbəri Toto Wolff İngilis avtomobil istehsalçısı Aston Martin-in səhmlərinin 4,77 faizini alıb.
Avstriyalı Volf səkkiz ildir Mercedes komandasına rəhbərlik edir. Onun rəhbərliyi altında komanda fərdi yarışlarda və dizaynerlər kubokunda ardıcıl altı titul qazanıb.

Aston Martin-in əsas sahibi kanadalı milyarder Lawrence Strolldur. 2021-ci ildən etibarən Racing Point (əvvəllər Force India) adı Aston Martin adını alacaq.