Türkmənistanda vətənpərvərlik təbliğatı aparılır...

Türmənistan-Əfqanıstan sərhəddi

Əfqanıstan -Türkmənistan sərhəddinə boyunca gərginlik davam etdiyi üçün hakimiyyət sərhəd bölgələrə ordu, hərbi texnika göndərməkdədir. AzadlıqRadiosunun Türkmən xidmətinin məlumatına görə, bununla yanaşı bölgəyə tibbi işçiləri də göndərilir, yerli sakinlər arasında vətənpərvərlik söhbətləri də aparılır.

«Bizim ölkədə müharibə yoxdur, başımızın üzərində mavi səmadı, hətta müharibə olsa belə qəhrəman türkmən xalqı vətəninin müdafiəsində dayanacaq"-deyə söhbətlərdə deyilir.

Vətənpərvərlik təbliğatı Əfqanıstanda "Taliban" hərəkatının hökumət qüvvələrinə hücumları və Orta Asiya ölkələri böyünca sərhəd əraziləri öz nəzarətinə alması fonunda aparılır.

Dövlətə məxsus Kütləvi İnformasiya Vasitələrində Əfqanıstandakı mövcud vəziyyət, o cümlədən sərhəd bölgəsindəki gərginliklə bağlı heç bir məlumat verilmir.

Türkmənistan sərhəd xidmətindəki etibarlı mənbələrdən AzadlıqRadiosuna verilən məlumatla görə, zorakılıqlardan qaçaraq sərhəddi keçən əfqanları Türkmənistan sərhədçiləri geri qaytarırılar.