Ukraynada azərbaycanlılar bir-birini tapmaqda çətinlik çəkirlər

Sizin brauzer HTML5-i dəstəkləmir

Kiyevdə azərbaycanlı fəal bildirir ki, müharibə başlayandan sonra azərbaycanlı icması hərə bir tərəfə dağılıb, kimin həlak olduğu, kimin salamat qaldığı bilinmir.

Rusiyanın Ukraynaya feVralın 24-dən başlayan hücumundan sonra bu ölkədəki azərbaycanlılar ölkəni tərk etməyə başlayıb. Ukraynada- Kiyevdə yaşayan azərbaycanlı, ictimai fəal Yalçın Qəhrəmanoğlu deyir ki, Ukraynada çox sayda azərbaycanlı qalır və onların bir qismindən xəbər almaq mümkün olmur.