Jurnalistlər Rusiya əsgəri tərəfindən zorlandığı bildirən qadını danışdırıblar

Rusiya əsgərləri və üzərində "Z" yazılmış hərbi texnika

“Azadlıq” radiosunun Ukrayna xidmətinin jurnalistləri təxminən bir ay Rusiya ordusunun nəzarətindəki kənddə yaşayan Svetlana (ad şərtidir-AR) ilə danışa biliblər. Qadın 19 yaşlı rus əsgəri tərəfindən zorlandığını bildirib. O, baş verənlərlə bağlı jurnalistlərə danışmağa razılaşıb, lakin üzünü göstərmək və əsl adını verməmək şərtilə:

"Mən hələ də özümə gələ bilmirəm. Elə bilirəm onlar məni hələ də izləyirlər. İki həftə insanların gözünə görünə bilmirdim. Onlar burda gəzirdilər (Rusiya əsgərləri nəzərdə tutulur-AR), adamlardan yemək istəyirdilər. Sakinlər də qorxularından onlara yemək verirdilər. Mən onları görəndə çıxmadım, gizləndim. Uşaqları da gizlətmişdim. Hadisə martın 9-da oldu. Saat 9 radələrində qapı döyüldü, elə hesab etdim ki, yəqin qonşulardı. Qapını açdım ki,üç işğalçı dayanıb. iki əsgər və onların komandirləri. Mən əsməyə başladım, dedim bizi öldürməyə gəlmisinizmi? Dedilər əgər biz dediyimiz kimi etsən onda öldürməyəcəyik. Onların komandiri dedi ki, bizim əsgərlər yeyib-içiblər və bir qədər əylənmək istəyirlər...."

Buna da bax: Ərinə ‘Ukrayna qadınlarını zorla’ deyən rusiyalı qadın

Rusiya prezidenti Vladimir Putin fevralın 24-də Ukraynada “xüsusi hərbi əməliyyatın” başlandığını elan edib. Döyüşlər zamanı rus qoşunları Ukraynanın cənubunda Xerson şəhəri ilə yanaşı, Xarkov vilayətində və Donbasda da ərazilərin bir hissəsini işğal ediblər.