Covid-in aylarla qalan izləri – Qərb mediası

Miçiqan, mart, 2021-ci il

Hökumət SARS-CoV-2-nin post-kəskin izləri – PASC adlandırdığı sindromun öyrənilməsinə 1.15 milyard dollar xərcləyir

Birləşmiş Ştatlarda indiyədək koronavirusa yoluxmuş 50 milyona yaxın insanın çoxunda simptomlar qalıb. Onların bir qismi isə daha çətin sınaqla üzləşirlər – dözülməz yorğunluqdan, başqa pozuntulardan əziyyət çəkirlər deyə işləyə bilmirlər. Bu şəxslər işlərini tərk etməli olur, böyük borc altında əzilirlər.

“The Washington Post” qəzetinin müxbiri Kristofer Rouland bir il öncə xəstələnmiş Tifani Patino ilə söhbətləşib. Koronavirus onun sevgilisi ilə qurduğu planları alt-üst edib. Onlar pulsuz qaldıqları zirzəmidən çıxmağı, ev tutmağı, maşın almağı xəyal edirdilər.

Patino xroniki halsızlıqdan, digər simptomlardan əziyyət çəkir, hələ də restorandakı işinə qayıda bilmir. Özü pul qazana bilmir, üstəlik, taqətsizlik, ağrılar, təngnəfəslik, huşsuzluq, şişkinlik, depressiya da yaxasından əl çəkmir. 28 yaşlı Patino 14 aylıq oğlunu həyətdə çətinliklə gəzdirir.

Buna da bax: Pandemiyanın qurtardığını necə biləcəyik?

1.3 milyonadək insan

Qəzet dərc olunmuş araşdırmalara, tibb ekspertlərinə istinadla 750 mindən 1.3 milyonadək insanın uzun müddət özünü xəstə hiss etdiyini, tam qüvvə ilə işləyə qeyd edir.

Uzunmüddətli Covid isə təkcə ölkənin tibb sistemini sınağa çəkmir. Hökumət bu yeni yaranan xroniki xəstəlikdən əziyyət çəkənləri müəyyənləşdirərək dəstəkləyə bilirmi? Axı, buna görə müəyyən diaqnoz, müalicə planı da yoxdur. Sığortaçılar bəzi testləri qarşılamır, əlillik sistemi bir çox iddiaları rədd edir, uzunmüddətli əlillik sığortası olanlar belə müəyyən ödənişləri ala bilmədiklərini deyirlər.

İşəgötürənlər də sınaq qarşısındadır. Onlar işçiləri tam ştat işə qaytarmağa çalışdıqları zaman bir çox xəstələrin gec sağalmasını da nəzərə almalı olurlar.

“Onlar böyük əziyyət içindədirlər, həyatları dəyişib, maliyyə sıxıntısı yaşayırlar”, – Yeyl Universitetindən kardioloqu və alimi Harlan Krumholz deyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

BMT deyir dünya ərzaq qıtlığı ilə üz-üzədir. Bəs Azərbaycan?

Hökumət sindromu tədqiq edir

“The Washington Post” uzunmüddətli xəstəlikdən dolayı qəfil maliyyə çətinliyi ilə üzləşmiş 30-dan çox şəxsdən müsahibə alıb. Onları ya işdən kənarlaşdırıb, ya da birdəfəlik çıxarıblar, ya özləri çıxıblar, ya da işlərini bağlamalı olublar. Onlar kirayə, ipoteka, maşın kreditlərini ödəyə bilmədiklərini deyiblər. Bəziləri evlərini itirəcəklərindən qorxurlar.

Bəzən simptomlar azalır, xəstə rahat nəfəs alır. Qonaq otağını tozsoranlayandan, həyətdə yarpaqları çəngləyəndən sonra simptom var gücüylə qayıdır.

Sosial Təhlükəsizlik Administrasiyası 2020-ci ilin dekabrından Covid-lə bağlı 16 min əlillik müraciəti aldığını bildirir, amma onların neçəsini təsdiqlədiyini, yaxud rədd etdiyini açıqlamır.

Hökumət SARS-CoV-2-nin post-kəskin izləri – PASC adlandırdığı sindromun öyrənilməsinə 1.15 milyard dollar xərcləyir.

Buna da bax: Vaksin şirkətləri Omikrona qarşı üç dozanı ‘effektli’ sayır

İşsizlik müavinəti istəyənlər azalır

Ötən həftə işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı son 52 ildə ən aşağı həddə düşüb. “The Associated Press” bunun ABŞ-da iş bazarının koronavirus tənəzzülündən özünə gəlməsinin əlaməti olduğunu yazır.

Ötən həftə işsizlik müraciətləri 43 min azalaraq 184 minə düşüb. Bu, 1969-cu ilin sentyabrından ən aşağı səviyyədir. Dörd həftəni əhatələyən orta rəqəm isə 219 mindən aşağı düşüb. Bu isə 2020-ci ilin martından ən aşağı göstəricidir. O zaman pandemiya ABŞ-a böyük zərbə vururdu.

Buna da bax: İşçilər hara gedir – Qərb mediası

“Amherst Pierpont Securities” şirkətinin baş iqtisadçısı Stefen Stenli sayın azalmasına mövsümi faktorların təsir göstərdiyini düşünür. Belə ki, bayram mövsümündə əmək bazarındakı tərəddüdlər rəqəmlərə təsirsiz ötüşmür. Bundan öncə isə işsizlik müavinətləri üçün müraciətlər 64 min qalxaraq 281 minə yüksəlmişdi.

Yanvarın əvvəlində həftəlik müraciətlər bir dəfə 900 minə çatmışdı.

Stenli istənilən halda azalma tendensiyasının getdiyini qeyd edir. “İşçi tələbatı dolmayıb, işdən kənarlaşdırılmalar da xeyli azalıb”, – o deyib.

Noyabrın 27-də bitən həftədə 2 milyonadək amerikalı ənənəvi işsizlik müavinət alıb.