Vaksin vurulur, bəs hökumət təsirini ölçürmü?

Sizin brauzer HTML5-i dəstəkləmir

Aprelin 19-a olan rəsmi məlumata görə, Azərbaycanda əhalinin 9 faizi artıq COVID-19 virusuna qarşı ilkin dozada peyvənd olunub. Həkim, ictimai fəal Vasif İsmayıl deyir ki, Azərbaycan hökuməti bu vaksinasiya prosesinin təsirləri ilə bağlı araşdırmanı ictimaiyyətə açıqlanmayıb.