Rusiyanın Donbasda ağır itkilər verdiyi bildirilir

Donetsk, arxiv fotosu

Ukrayna ordusu noyabrın 8-də Donbas regionunda Rusiyanın hücumlarını dəf etdiyini bildirib. Prezident Volodimir Zelenskinin sözlərinə görə, rusiyalıların bir gündə verdiyi ağır itkilər Moskvanın hücum strategiyasının “ağılsızlığını” göstərir.

Ukrayna Rusiyanı cənubdakı Xerson şəhərində boş evləri talan etməkdə, Kiyevin əkshücumu ərəfəsində evlərə mülki geyimli əsgərlər yerləşdirməkdə suçlayıb. Xerson işğalın ilk günlərində Rusiya qüvvələrinin əlinə keçsə də, Ukraynanın şəhəri geri almağa hazırlaşdığı bildirilir.

Buna da bax: İran dronlarıın Qərbdə hazırlanmış hissələri

Şərqdə hücumlar davam edir, amma...

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı gündəlik bülletenində bildirir ki, Rusiya qüvvələri şərqdə Baxmut, Avdiyevka, Novopavlovkada hücumları davam etdiriblər.

Rusiya əsgərlərinin Ukraynanın müxtəlif vilayətlərində vacib infrastruktura və mülki hədəflərə zərbələr endirdiyi xəbər verilir.

Zelenski noyabrın 7-də ənənəvi videomüraciətində Donetsk vilayətində ağır döyüşləri “işğalçıların ən böyük ağılsızlığının episentri” adlandırıb.

“Hər gün yüzlərlə əsgərləri ölür. Ukraynanın mövqelərinin qarşısı işğalçıların meyitlərilə doludur”, – Zelenski vurğulayıb.

Buna da bax: 'Oğlumu hərbi xidmətdən saxlatdırmaq üçün 6 min manat verdim'

Xersonda vəziyyət

Rusiya artıq Dnepr çayının qərb sahilində yerləşən Xerson şəhərindən dinc sakinlərin çıxarılmasına göstəriş verib.

Müharibədən öncə 300 minə yaxın əhalisi olan Xersonda elektrik, su yoxdur.

Rusiyanın təyin etdiyi məmurlar Ukraynanı “sabotaj”da suçlayır. Ukrayna rəsmilər isə rusiyalıların 1.5 km-lik elektrik xətlərini sökdüyünü deyirlər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Şuşaya qayıtmaq istəyənlər: 'Azı 800-1000 manatlıq iş olmalıdır'

Ukrayna ordusu Xerson vilayətinin Berislav rayonunda Rusiya təyyarə əleyhinə qurğusunu, sursat anbarını vurduğunu, 32 rusiyalı hərbçinin öldürüldüyünü bildirilir.

Bu məlumatı müstəqil təsdiqlətmək mümkün olmayıb.