Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:48

ABŞ Türkiyə-Ermənistan razılaşmasını alqışlayır


Vitse-prezidentin ofisinin yaydığı bəyanatda deyilir ki, Bayden Sarkisyanın rəhbərliyini alqışlayıb
Vitse-prezidentin ofisinin yaydığı bəyanatda deyilir ki, Bayden Sarkisyanın rəhbərliyini alqışlayıb
Amerikanın vitse-prezidenti Co Bayden Türkiyə ilə Ermənistan arasında əlaqələri normallaşdırmaq barədə razılaşmanı alqışlayıb.

O martın 23-də Ermənistan prezidenti Serj Sarkisyanla telefon söhbətində belə deyib.

Vitse-prezidentin ofisinin yaydığı bəyanatda deyilir ki, Bayden Sarkisyanın rəhbərliyini alqışlayıb. Və vurğulayıb ki, Obama administrasiyası hər iki ölkənin, həm Ermənistan, həm də Türkiyənin illərlə davam edən düşmən münasibətlərindən sonra barışıq prosesini qətiyyətlə dəstəkləyir.

Türkiyə-Ermənistan münasibətlərinə dair «yol xəritəsi» müəyyənləşib. İki ölkə arasında vasitəçi rolunu İsveçrə oynayıb.

Bu gün gözlənilir ki, prezident Barak Obama – I Dünya Müharibəsində ermənilərin iddia etdiyi soyqırımla bağlı bəyanat verəcək.
XS
SM
MD
LG