Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 02:05

Danışıqların növbəti raundu Bakıda keçiriləcək


«Yeni qonşuluq siyasəti» Cənubi Qafqaz ölkələriylə əlaqələrin genişləndirilməsini nəzərdə tutur
«Yeni qonşuluq siyasəti» Cənubi Qafqaz ölkələriylə əlaqələrin genişləndirilməsini nəzərdə tutur

Azərbaycanın Avropa Birliyinin «Yeni qonşuluq siyasəti»nə qoşulmasıyla bağlı danışıqların növbəti mərhələsi iyulun 17-də Bakıda keçiriləcək.


Bu barədə «Azadlıq» radiosuna Xarici İşlər Nazirliyindən məlumat veriblər. «Yeni qonşuluq siyasəti» çərçivəsində Azərbaycanla bağlı Fəaliyyət Planının müzakirələrində iştirak etmək üçün Bakıya Avropa Birliyinin ekspertlərindən ibarət geniş nümayəndə heyəti gələcək. Nazirliyin İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə deyir ki, danışıqlar Fəaliyyət Planının üç əsas istiqamətini əhatə edəcək:


«Müzakirələr iqtisadi, infrastruktur və siyasi məsələləri əhatə edir. O cümlədən bunların tərkibinə təhlükəsizlik məsələləri daxildir».


Avropa Birliyinin «Yeni qonşuluq siyasəti» Cənubi Qafqaz ölkələriylə əlaqələrin genişləndirilməsini, Azərbaycan, Gürcüstan və Ermənistanda siyasi, hüquqi, iqtisadi və mədəni sahələrdə islahatların dəstəklənməsini nəzərdə tutur.


XS
SM
MD
LG