Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 21:39

On ildə Lənkəranda AIDS-dən 22 nəfər ölüb


16 may AIDS-dən ölənlərin yad edildiyi gündür
16 may AIDS-dən ölənlərin yad edildiyi gündür
On il ərzində təkcə Lənkəranda 22 nəfər AIDS xəstəsi ölüb. Ətraf rayonları da nəzərə alsaq, bu rəqəm 3-4 dəfə artar.

Lənkəran Regional HIV Diaqnostikası Laboratoriyasının baş həkimi Rəmiəli İbişovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, cənub bölgəsinin 6 rayonunda 300-ə qədər HIV-daşıyıcısı aşkarlanıb.

Lənkəran rayonunda xəstələrin sayı 162 nəfərə çatıb, 4 ailəvi yoluxma qeydə alınıb. Bu ailələrin birində virusa yoluxmuş 3 yaşlı körpə də var.

R.İbişovun açıqlamasına görə, HIV virusuna yoluxanların 70 faizi narkomanlardır.

Laboratoriyada bu günə qədər 10700 nəfərin qan analizi yoxlanılıb. Yoxlamalar göstərir ki, əhalinin sayına görə HIV-ə yoluxanlar Astara rayonunda daha çoxdur.

16 may AIDS-dən ölənlərin yad edildiyi gündür.
XS
SM
MD
LG