Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 06:57

Ali məktəblərə qəbul imtahanlarının vaxtı elan olundu


110 mindən çox abituriyent tələbə olmaq uğrunda mübarizə aparacaqlar
110 mindən çox abituriyent tələbə olmaq uğrunda mübarizə aparacaqlar
Azərbaycanın ali məktəblərinə bakalavr pilləsi üzrə ilk qəbul imtahanı iyulun 5-də keçiriləcək. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyunun 5-də keçirdiyi mətbuat konfransında bildirib.

Birinci ixtisas qrupu üzrə imtahan iyulun 12-də, 2-ci qrup iyulun 24-də, 3-cü qrup iyulun 5-də və 4-cü ixtisas qrupu üzrə imtahan iyulun 18-də keçiriləcək.

Ali və orta məktəblərin qəbul imtahanlarında iştirak etmək üçün bu il 110 mindən çox abituriyent elektron ərizəni doldurub.

Abituriyentlərin çoxu 1-ci ixtisas qrupuna, daha sonra 3-cü qrupa sənəd veriblər.

Bu il Azərbaycanın ali məktəblərinə 149 ixtisas üzrə qəbul keçiriləcək.

Orta məktəblərin rus bölməsindən olan abituriyentlər iyulun 21-də Azərbaycan dilindən imtahan verəcəklər.
XS
SM
MD
LG