Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 04:41

Bakiyev prezident seçkisində liderlik edir


Kurmanbek Bakıyev 90 faiz səslə liderlik edir
Kurmanbek Bakıyev 90 faiz səslə liderlik edir
Qırğızıstanda keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, hazırkı prezident Kurmanbek Bakıyev 90 faiz səslə liderlik edir.

İyulun 24-ü səhər saatlarında Qırğızıstanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb. Artıq səslərin üçdə birindən çoxunun sayıldığı bildirilir.

Müxalifətin namizədi olan Almazbek Atambayev seçkilərin saxtalaşdırıldığını bildirib, yeni seçkilərin keçirilməsini tələb edib.

Seçkiləri müşahidə etmiş ATƏT nümayəndələrinin rəylərini günün sonunda açıqlaması gözlənilir.
XS
SM
MD
LG